Türkiyədə hərbi çevriliş cəhdi ilə əlaqəsi olan polkovnik öldürülüb

Türkiyədə hərbi çevriliş cəhdi ilə əlaqəsi olan polkovnik öldürülüb.

Bu barədə Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

Baş nazir öldürülən polkovnikin adını açıqlamayıb.

B.Yıldırım həmçinin bildirib ki, indiyə qədər hərbi çevriliş cəhdi ilə əlaqəsi olan 130 hərbçi saxlanılıb.

Şənbə günü axşam Türkiyədə hərbi çevrilişə cəhd edilib. Hərbi çevrilişə cəhd nəticəsində 17 polis əməkdaşı həlak olub. Hərbi çevriliş etməyə cəhd edənlər Atatürk hava limanını tutmağa cəhd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00