TRT-nin binası hərbçilərdən azad olunub

Türkiyənin "TRT" dövlət telekanalının binası çevriliş etməyə cəhd etmiş hərbçilərdən azad olunub.

Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Agentliyin məlumatına əsasən, binada 4 hərbçi olub.

Qeyd edək ki, bu gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Bir qrup hərbçi bir sıra strateji obyektləri ələ keçirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00