Türkiyənin Bursa şəhərində tikintidə çalışan azərbaycanlı öldü

Türkiyənin Bursa şəhərində tikintidə çalısan Azərbaycan vətəndaşı olan fəhlə hündürlükdən yıxılaraq ölüb.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Bursanın Yıldırım rayonunun Fidyekızık məhəlləsindəki Bursa prospektində yerləşən tikinti sahəsində baş verib. Burada mərmər ustası kimi işləyən 39 yaşlı Azərbaycan vətəndaşı Niyazi Murtuzəli oğlu Əliyev müvazinətrini itirərək 7-ci mərtəbədən yıxılıb.

Ağır yaralanmış Əliyev təcili yardımla Şevket Yıldırım Tədris və Araşdırma Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00