Brüsseli partlatmaq istəyən "canlı bomba" tutuldu

Belçika polisi şəhərin ticarət mərkəzlərinin yaxınlığında üzərində partlayıcı maddələrin olması şübhəsi ilə naməlum şəxsi saxlayıb.

Anspress bildirir ki, hazırda "City2" ticarət mərkəzinin ətrafı mühasirəyə alınıb. 

"Naməlum şəxs səhər saat 05:30-da saxlanılıb. Onun üzərində aşkar olunanların bomba olub-olmadığını mütəxəssislər araşdırırlar", - deyə Brüssel prokurorluğunun mətbuat katibi məlumat verib. 

Hadisə ilə bağlı Belçika böhran mərkəzinin ölkənin baş naziri Çarlz Mişel ilə təcili görüşü gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00