Yunker: “Rusiya əleyhinə sanksiyaların müddəti uzadılacaq”
21 İyun 2016 11:16 Dünya"Rusiya əleyhinə sanksiyaların müddəti iyun ayı ərzində uzadılacaq".
"İzvestia.ru" saytına istinadən verdiyi xəbərə görə, bunu Avropa Komissiyasının sədri Jan Klod Yunker bildirib. "Hazırda aydındır ki, iyunda biz sanksiyaları uzadacağıq. Lakin qarşıdan gələn 6 ay ərzində Minsk razılaşmalarının yerinə yetirilməsinin monitorinqini də aparacağıq", - deyə o, söyləyib.
J. K. Yunker deyib ki, sanksiyaların ləğvi birbaşa Minsk razılaşmalarının yerinə yetirilməsindən asılıdır: "Minsk protokollarındakı maddələrdən nə qədər çoxu yerinə yetirilsə, sanksiyalar da bir o qədər az olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00