Kan: "Fransanın oyunundan baş açmıram"

Almaniya millisinin eks qolkiperi Oliver Kan Fransanın turnirdəki çıxışına münasibət bildirib.

Turnirin ev sahibləri 1/8 finala vəsiqəni vaxtından əvvəl təmin etsə də, məhsuldar və baxımlı oyunu ilə seçilmir.

Goal.az  xəbər verir ki, alman mətbuatına açıqlamasında Kan diqqəti məhz bu məqama yönəldib.

"Fransanın oyunundan baş açmıram. Onların hansı tipdə futbol oynamaq istədiyini anlamıram. Topa nəzarət etməyə çalışırlar? Yoxsa müdafiədən hücuma sürətlə çıxmaq istəyirlər? Bəlkə, pressinq etməyə üstünlük verirlər? Hesab edirəm ki, Fransa millsinin oyunun fərdi futbolçuların üzərində qurulub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00