İran PKK səbəbindən yük avtomobillərini Avropaya Türkiyə deyil, Azərbaycan üzərindən göndərəcək
20 İyun 2016 15:51 DünyaPKK terror təşkilatı Türkiyənin şərqində İrana məxsus TIR-lara növbəti dəfə hücum təşkil etməsindən sonra rəsmi Tehran qonşu ölkəyə alternativ yol axtarır.
İran quru yolları Tranzit və Sərhəd keçid məntəqəsinin baş direktoru Muhammed Cavad Atrçianın sözlərinə görə, Türkiyə İrana məxsus yük avtomobillərinin təhlükəsizliyini təmin etmək iqtidarında deyil.
Avropa istiqamətində alternativ yollardan söz açan baş direktor qeyd edib ki, yük daşıyıcıları Azərbaycan üzərindən keçməklə, Qara dəniz hövzəsində yerləşən Gürcüstan və Bolqarıstana, oradan isə Avropaya çıxış əldə edə bilər: "Bu, daha uzun, lakin təhlükəsiz marşrutdur. Sürücülərimizin təhlükəsizliyi isə bizim üçün daha önəmlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00