Hazal Keremlə tərəf müqabili ola bilər

"Maral: En güzel hikayem" serialından sonra ekranlardan uzaqlaşan Hazal Kaya yeni layihə ilə geri dönür.

Aşbazlıq kursuna getdikdən sonra özünə restoran açmağı planlaşdıran aktrisa hələ də serial menecerlərinin diqqət mərkəzindədir.

O, "Ay yapım"ın çəkəcəyi bir serialdan gələn təklifi qəbul etmək niyyətindədir. O, bu rolu qəbul edərsə, aktyor Kərəm Bürsinlə tərəf müqabili olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00