"Erməni soyqırımı" tədbirində partlayış: ölənlər var
20 İyun 2016 15:10 DünyaTerror aktı qondarma soyqırımın Suriyadakı anımında olub.
Suriyanın Əl-Qamışlı şəhər mərkəzində "erməni soyqırımı"nın 101 illiyinə həsr olunmuş mərasimdə partlayış törədilib. Anspress-in məlumatına görə, partlayışı İŞİD-li kamikadze "şəhid kəməri"ni işə salaraq edib.
Terror aktı nəticəsində 3 nəfər ölüb, onlarla yaralı var. Mərasimə rəhbərliyi Antioxiya və bütün Şərqin patriarxı, Siro-Yakovit kilsəsinin rəhbəri Mar İqnatius Afram II Karim aparırmış.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00