Rusiyada hərbi poliqonda yanğın baş verib, 576 nəfər təxliyə olunub
20 İyun 2016 14:04 DünyaRusiyada hərbi poliqonda yanğın baş verib.
TASS-ın verdiyi məlumata görə, hadisə Həştərxan vilayətində yerləşən Aşuluk poliqonunda qeydə alıb.
Rusiya Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, hazırda raket sürətləndiriciləri yanır. Həmin qurğular S-75 zenit raketlərinin mühərrikləri üçün nəzərdə tutulur.
Yaxınlıqdakı hərbi şəhərcikdən 500 nəfər, poliqondan isə 76 nəfər təxliyə olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00