Türkiyədəki siqaret satışından əldə edilən gəlir PKK-ya göndərilir

Türkiyənin Gömrük və Ticarət Nazirliyi ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən siqaretin marşurutunu müəyyən edib. "OLAYLAR"-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, qurum qamaqmalçılıq yolu ilə Türkiyəyə siqaretin Şimali İraq, Gürcüstan və Bolqarıstan vasitəsilə daxil olduğunu açıqlayıb. Məlumata görə, Mersin vilayətinə gətirilən siqaret buraya Şimali İraqdan daxil olur. Türkiyədə ən çox rast gəlinən siqaretlər "Bulgartabac" firmasına aiddir ki, bu firmanın istehsal etdiyi siqaretlər əsasən Şimali Iraqdakı Salam Qader Faraja satılır. Həmin siqaretlər isə Mersin Limanından qaçaqmal yolu ilə Türkiyəyə gətirlir. Satışlardan əldə edilən gəlirlərin bir hissəsinin isə Salam Qader Faraj vasitəsilə PKK-ın İraqdakı döyüşçülərinə, həmçinin terror təşkilatının Avropadakı rəhbər strukturlarına göndərildiyi bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00