Ukrayna XİN: Aİ ilə vizasız rejim bu ildən başlayacaq
17 İyun 2016 18:37 DünyaUkrayna ilə Avropa İttifaqı arasında vizasız rejimin tətbiqi bu il başlaya bilər.
"RİA Novosti"nin verdiyin məlumata görə, bunu Ukraynanın xarici işlər naziri Pavel Klimkin keçirdiyi mətbuat konfransında deyib.
P. Klimkin bildirib ki, hazırda Avropa ölkələri miqrasiya riski yaranacağı təqdirdə, vizasız rejimə qayıtmaq imkanları üzərində işləyirlər: "Biz Aİ ölkələri ilə bu istiqamətdə işləyirik ki, həqiqətən miqrasiya riskləri sübut olunduğu halda, bu mexanizm tətbiq edilsin. Ümid edirəm ki, müvafiq qərar yaxın vaxtlarda qəbul olunacaq və bu il vizasız rejim reallığa çevriləcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00