Türkiyə bu gün - 3 şəhid, 9 yaralı

PKK terrorçuları Mardin şəhərinin Midyat vilayətində Anıtlı Jandarma Polis Komandirliyinin binasının yaxınlığında bombalı avtomobili partladıblar.

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 1-i əsgər, 2-si mühafizəçi olmaqla 3 nəfər şəhid olub, 9 nəfər isə yaralanıb.

Əraziyə təhlükəsizlik qüvvələri cəlb olunub.

Terrorçuların yaxalanması üçün əməliyyat başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00