Poroşenkoya Ukraynanın dövlət bayrağının rənglərini dəyişmək təklif edilib
18 May 2016 06:53 DünyaUkrayna prezidenti Pyotr Poroşenkoya dövlət bayrağının rənglərini dəyişməyi təklif edilib. APA-nın məlumatına görə, müvafiq petisiya dövlət başçısının saytında qeydə alınıb. "Dövlət bayrağının rənglərinin "göy səma" və "qızıl zəmi" kimi izahı çox bəsitdir", - deyə petisiyanın müəllifi Nadejda Kaşitskaya bildirib.Onun sözlərinə görə, bayrağın rəngləri, əslində, iki ünsürü - od və suyu simvolizə edir. Nadejda Kaşitskaya hesab edir ki, dövlət bayrağının rənglərinin hazırkı ardıcıllığı - "göy - yuxarıda, sarı - aşağıda" nizamlılığın pozulması, faciə, "su odu söndürür" mənası verir. Kaşitskaya dövlət bayrağında rənglərin ardıcıllığını dəyişməyi, yəni "sarının - yuxarıda, göyün isə - aşağıda" olmasını təklif edib. Petisiyanın müəllifi iddia edir ki, məhz belə ardıcıllıq əbədi simmetriyanı - qeyd olunan ünsürlərin ilahi harmoniyasını əks etdirir. Təklifə Poroşenko tərəfindən baxılması üçün petisiyanı 25 min nəfər dəstəkləməlidir.