Rusiya: Türkiyəyə yardım etməyə hazırıq
18 May 2016 06:48 DünyaTürkiyə terrorçularla bağlı problemlərini həll edə bilməsə, Rusiyadan yardım istəyə bilər.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. "Türkiyə-Suriya sərhədinin 90 kilometrdən çox ərazisi İŞİD tərəfindən idarə olunur. Orada iki kürd bölgəsi yerləşir. Rəsmi Ankara buranı İŞİD-çilərdən təmizləməyə hazırlaşır", - Lavrov bildirib.
Nazir onu da əlavə edib ki, Türkiyə heç kimdən qisas almaq fikrində deyil və Moskva terrorçularla mübarizədə Ankaraya yardım etməyə hazırdır
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00