Putin Qarabağa görə Təhlükəsizlik Şurasını topladı
17 May 2016 21:10 DünyaRF prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının iclasında Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə edib.
Virtualaz.org "Sputnik"ə istinadən bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"İştirakçılar Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü kontekstində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə fikir mübadiləsi aparıblar", - o qeyd edib.
"Toplantıda həmçinin bu həftə keçirilməsi nəzərdə tutulan Rusiya-АСЕАН sammitinə hazırlıq müzakirə edilib" - Peskov deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00