Ali Məhkəmə sədri istefa verdi
16 May 2016 06:14 DünyaÇeçenistan Ali Məhkəməsinin sədri Məhəmməd Karatayev istefa verib. Məlumatı "Qroznı" telekanalı yayıb.
"Başçının (Çeçenistan rəhbəri) istefaya getmək təklifini qəbul edirəm, onun və çeçen xalqının qarşısında üzr istəyirəm", - Ali Məhkəmə sədri bildirib.
Məhəmməd Karatayev onu da deyib ki, rayon məhkəmələrinin hakimləri tərəfindən buraxılan ciddi səhvlərə görə məsuliyyəti öz üzərinə götürür və Ramzan Kadırovun ona qarşı iddialarını əsaslı hesab edir
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00