Ərəb qadın ərinin telefonundakı araşdırmalara görə həbs olunacaq
15 May 2016 16:19 DünyaSəudiyyə Ərəbistanında hər işə qarışan qadınlar üçün yeni qaydalar ortaya çıxıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bundan sonra ərinin telefonunu yoxlayan qadın həbsxanaya düşər, yaxud cismani cəzaya məruz qala bilər.Yeni qaydalara görə, qadının ərinin telefonunu yoxlaması şəxsi həyatın toxunulmazlığının pozulması kimi qiymətləndiriləcək. Əgər əri iddia qaldırarsa, qadın məhkəmə qarşısında cavab verməli olacaq.Əvvəllər ailə işləri üzrə psixoterapevt Halid əl-Sakabi sosial şəbəkədə "Allahın iradəsi ilə" arvadların döyülməsi qaydalarını açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00