Türkiyə və Ukrayna razılaşdı - Rusiya narazı qalacaq

Ukrayna baş nazirinin müavini Gennadi Zubko Kiyevdə keçirilən 10-cu Türkiyə-Ukrayna hökumətlərarası ticarət və iqtisadi əməkdaşlıq konfransında çıxış edib.

Avropa.info xəbər verir ki, Zubko açıqlamasında Türkiyə və Ukraynanın təyyarə istehsalı ilə məşğul olan "Antonov" şirkətinin zavodlarında (karxanə) birgə sərnişin və yük təyyarəsi istehsal etmək haqda razılığa gəldiyini bildirib.
Baş nazirin müavininin sözlərinə görə An-158 tipli sərnişin təyyarəsinin bazasında Türkiyə üçün TAN-158 tipli sərnişin təyyarəsi, An-178 tipli təyyarənin bazasında isə müvafiq yük təyyarəsinin istehsal olunması nəzərdə tutulur.
Bundan başqa danışıqlar çərçivəsində Ukraynadan gələn mütəxəssislər Türkiyədə qurulacaq nüvə stansiyasının təhlükəsizliyi ilə bağlı məsləhətlər verəcəklər.
Zubko həmçinin nüvə stansiyası üçün mütəxəssislərin də yetişdiriləcəyini, türk tələbələrin Ukraynada təlim keçməsinin də təmin olunacağını söyləyib.
Bu anlaşmaların Rusiya tərəfində rahatlıqla qarşılanmayacağı şübhəsizdir.

TURKUSTAN.info
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00