Ərdoğanın qızının nikah zalında bomba axtarışı: Yollar bağlandı
14 May 2016 13:16 DünyaTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Süməyyə Ərdoğan ilə iş adamı Səlcuq Bayraqdarın Küçükçekmece Halqalıdakı "Yahya Kamal Beyatlı" Sərgi Mərkəzində baş tutacaq nikah mərasiminə ciddi hazırlıq gedir. Nikahdan öncə gecəyarısı bəzi yollar bağlanıb. İstanbul Təhlükəsizlik Müdiri Mustafa Çalışqan da gecə saatlarında nikahın keçiriləcəyi yerə gələrək işlərə şəxsən nəzarət ebib. Bomba mütəxəsisləri isə mədəniyyət mərkəzində və ətraf küçələrində axtarış aparıblar. Süməyyə Ərdoğan-Səlçuk Bayraqdar cütlüyünün bu gün keçiriləcək nikah mərasimiylə əlaqədar hazırlıqlar gecə boyunca davam edib. Polis qrupları gecə yarısı sərgi mərkəzinə çıxan bütün əsas prospekt və ara küçələri dəmir baryerlerle bağlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00