Türkiyədə şiddətli partlayış: ölənlər var
13 May 2016 06:39 DünyaPartlayışın PKK-çıların yük maşınına partlayıcı yükləyərkən baş verdiyi iddia olunur.Türkiyənin cənub-şərqində yerləşən Diyarbəkir vilayətində yenidən partlayış baş verib. ANS PRESS-in məlumatına görə, Sur rayonun Sarıkamış məhəlləsində bir evdə partlayış olub.Partlayışın PKK-çıların yük maşınına partlayıcı yükləyərkən baş verdiyi iddia olunur.Partlayışın şiddəti şəhərin bir çox yerlərində hiss olunub. "Reuters" agentliyinin təhlükəsizlik orqanları və Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, partlayıcını hazırlayan 4 terrorçu ölüb, daha 15 nəfər isə yaralanıb. Hadisə yerinə təcili yardım briqadaları və polis cəlb olunub.Bundan əvvəl İstanbulun Sancaqtəpə rayonunda partlayış baş verib. Hərbi kazarmanın yaxınlığında bomba quraşdırılmış avtomobil partladılıb.Hadisə nəticəsində 1-i qadın olmaqla 4 nəfər yaralanıb ki, onlar arasında hərbçi yoxdur. Yaralananlardan birinin vəziyyətinin ağır olduğu deyilir. Lakin Sancaqtəpə bələdiyyə başçısı İsmail Ərdəm isə 6-sı əsgər olmaqla 7 nəfərin yaralandığını bildirib.Türkiyədə sonuncu terror hadisəsi mayın-10 da Diyarbəkr vilayətinin mərkəzində Bağlar rayonunda terror hadisəsi baş verib. PKK terror qruplaşmasının bomba quraşdırdığı maşının partladılması nəticəsində 3 nəfər ölüb, 45 nəfər (12-si polis əməkdaşı) yaralanıb. Son aylar Diyarbəkirdə PKK əleyhinə bir neçə əməliyyat keçirilib.