Ərdoğanla Səudiyyə kralı arasında telefon danışığı
12 May 2016 10:11 DünyaTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanın kralı Abdullah ibn Abduləziz əs-Səudu arasında telefon danışığı olub.Femida.az xəbər verir ki, söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Bu ilin aprelində Səudiyyə Ərəbistanı kralının Türkiyəyə səfəri çərçivəsində Ankara ilə Ər-Riyad arasında ikitərəfli Əlaqələndirici Şuranın yaradılmasına dair sənəd imzalanıb. Sənəd siyasi, iqtisadi, hərbi, diplomatik və informasiya sahələrini əhatə edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00