Evlər yerlə bir oldu - ABŞ-da təhlükə davam edir -

ABŞ güclü qasırğa və tsiklonların əsirinə çevrilib.ATV.az bildirir ki, Kolorado ştatından sonra bu dəfə güclü küləklər Oklahomada evləri yerlə bir edib.  Azı 2 nəfərin həyatına son qoyan  qasırğa yaşayış məskənlərinə ciddi ziyan vurub.Avtomobilləri havaya qaldıran, mənzilləri yer üzündən silən  tornadolar müşahidə olunduğu bölgələrdə dağıntılara yol açıb.  Vətəndaşlara xəbərdarlıq edən meteorologiya idarəsi  qasırğanın ölüm təhlükəsi həddində olduğunu bildirib. Bölgəyə dəyən ziyanın həcmi dəqiqləşdirilir.Sinoptiklər isə bir neçə saatda 23 tsiklonun qeydə alındığı ştatla bağlı bədbin proqnoz verib. Sakinlərə müraciət edən mütəxəssislər  qarşıdan gələn saatlarda Oklahomada çoxsaylı tornadoların qeydə alınacağını bildirib.  Nebraska ştatında da müşahidə olunan tsiklonların səbəb ola biləcəyi potensial  faciə ilə  bağlı qabaqlayıcı tədbirlər görülüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00