Aİ-dən Qarabağ AÇIQLAMASI: "Günahkar cəzalandırılmalıdır"
11 May 2016 10:34 DünyaBütün zorakılıqları qınamaq, günahkarları isə məsuliyyət cəlb etmək lazımdır.
Bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalber deyib.
Jurnalistlərin `Dağlıq Qarabağa niyə səfər etmirsiniz?` sualına cavab olaraq Zalber bildirib ki, o bölgəyə səfər etməyi çox istəyərdi, lakin kooperativ təhlükəsizliyin beynəlxalq prinsipləri bununla bağlı razılaşmaların olmasını tələb edir.
Cəbhədə dinc əhaliyə qarşı zorakılıq hallarının olması barədə suala isə Zalber belə cavab verib: "Bu məsələ ilə bağlı müxtəlif tərəflərdən ittihamlar səsləndirilir. Bir şey aydındır. Biz bu cür zorakılıq hallarını pisləyirik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00