Putinin Suriya müharibəsi ilə bağlı etirafı...
11 May 2016 06:42 DünyaRusiya prezidenti Vladimir Putin Suriyada aparılan əməliyyatın müəyyən problemləri aşkara çıxardığını bildirib.
ANS PRESS-in məlumatına görə, bu barədə Putin hərbçilər və müdafiə-sənaye kompleksinin rəhbərliyi ilə iclasda qeyd edib.
Rusiya prezidenti həmçinin əlavə edib ki, bu əməliyyatlar zamanı Suriyada 500-dən artıq yaşayış məntəqəsi azad edilib. Putin Rusiya Hərbi-Kosmik Qüvvələrinin 10 mindən çox uçuş həyata keçirdiyini və 30 mindən artıq hədəfi məhv etdiyini vurğulayıb.
"Suriyada əməliyyat müəyyən problemləri və çatışmazlıqları aşkara çıxarıb. Hər bir problemli məsələ üzrə ən diqqətli araşdırma aparılmalıdır. Peşəkar araşdırma, ən dəqiq analizin aparılması, daha sonra isə bu problemlərin aradan qaldırılması üzrə tədbirlər görülməsini nəzərdə tuturam. Bu, hərbi texnika nümunələrinin gələcək inkişaf istiqamətinin təkmilləşdirilməsinə düzəliş etməyə icazə verəcək", - deyə Putin iclasın açılışında bildirib.