Almaniyada "Allahu əkbər" deyə qışqıran şəxs insanlara hücum edib
10 May 2016 12:04 DünyaBu gün səhər Almaniyanın Münhen şəhəri yaxınlığında əlində bıçaq olan şəxs dəmir yolu stansiyasında insanlara hücum edib. APA-nın "Reuters"ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 4 nəfər ciddi xəsarət alıb. Yaralananlardan biri ölüb. Şahidlər bildirib ki, hücum edən şəxs "Allahu əkbər" deyə qışqırıb. Hadisəni törədən şəxs saxlanılıb. İlkin məlumata görə, o, Almaniya vətəndaşıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00