Oya Aydoğan 48 saat oyandırılmayacak
10 May 2016 11:57 Dünyaİstanbuldakı evində bazar axşamı yediyi kartof qızartmasının boğazına qaçması ilə pisləşən və 12 saat davam edən açıq ürək əməliyyatında kəsilən aorta damarının yerinə süni damar taxılan film aktrisası və aparıcı Oya Aydoğanın sağlıq vəziyyəti hələ də ciddiyyətini qoruyur. Liv Hospital Kurumsal İletişim Müdiri Mine Tuduk deyib ki, "Bütün kardioloq həkimlərimiz 24 saat xəstənin başında gözlədilir, hələlik ikinci bir əməliyyat düşünülmür. Oya xanım reanimasiya şöbəsində yatızdırılır və 48 saat oyandırılmayacaq". Onu ziyarət edən isimlər arasında Hülya Avşar, Nuri Alço, Derya Tuna, Nur Yerlitaş, Nebahat Çehre, Zeynep Mansur, Sinan Özen de yer alıb. Yaxın dostunu ilk anından yalnız buraxmayan Nuri Alço "Qanama davam edir. Onu boşaltmağa çalışırlar. Hər halda bu bir neçə gün davam edəcək. Hamımız dua edirik"- deyə bildirib. Hülya Avşar isə "Qəlbinin çox yaxşı olduğunu bilirəm, aramıza dönəcək" deyib.