Qələbə Günündə 24 milyon insan iştirak edib

Moskvada Qələbə Günü münasibəti ilə mayın 9-da keçirilən bayram tədbirlərində 24 milyona yaxın insan iştirak edib və içtimayi asayiş tam şəkildə təmin olunub. TASS agentliyi xəbər verir ki, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib. Ötən gün Rusiyanın 8 min yaşayış məntəqəsində 15 mindən artıq tədbir keçirilib, o cümlədən hərbi paradlar, əklil qoyma mərasimləri, konsert və salyutlar. Ən çox insan Moskva, Sankt-Peterburq şəhərlərində, Leninqrad və Sverdlovsk vilayətlərində, Krasnodar diyarında keçirilən şənliklərdə iştirak edib. Tədbirlər zamanı içtimai asayişin qorunmasına 247 mindən çox polis, o çümlədən 181,5 min daxili işlər orqanlarının əməkdaşı cəlb edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00