Almatada sel təhlükəsi barədə xəbərdarlıq edilib

Qazaxıstanın Almata şəhəri və Almata vilayətində 9-10 may tarixlərində sel və subasmaya səbəb ola biləcək fırtına ilə bağlı xəbərdarlıq edilib.

APA-nın "Novosti-Kazaxstan" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Almata şəhər Fövqəladə hallar departamenti məlumat yayıb.

Xəbərdarlıqda qeyd edilib ki, 9-10 may tarixlərində leysan yağışların Almata vilayətindəki çaylarda sel təhlükəsi yaradacağı proqnozlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00