Davudoğlunun əlindəki sarğının səbəbi açıqlandı -Foto

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri vəzifəsindən istefa edən baş nazir Əhməd Davudoğlu mayın 7-də sonuncu dəfə rəsmi səfərə- Bosniya-Hersoqovinaya gedib.

Türkiyə KİV-nin  məlumatına görə, Bosniya - Herseqovinada Fərhadiyə məscidinin açılışından sonra çıxış edən baş nazirin əlinin üzərindəki sarğı marağa səbəb olub.

Baş nazirə yaxın mənbələrdən verilən məlumata görə, Davudoğlu baş nazir və AKP-nin sədri vəzifələrindən istefa edəcəyini açıqlayandan sonra Konyaya səfəri çərçivəsində vətəndaşlarla çox əl-ələ görüşdüyü üçün əlini incidib və buna görə də onun əlinə sarğı qoyulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00