Londonda ilk dəfə müsəlman mer seçildi

Xan - insan haqları üzrə ixtisaslaşmış hüquqşünasdır.

Londonun meri müsəlman leyborist Sadiq Xan seçilib. ANS PRESS-in məlumatına görə, o bu vəzifədə ilk müsəlman kimi tarixə düşəcək. Əslən pakistanlı  fəhlə ailəsindən olan 46 yaşlı Sadikin atası avtobus sürücüsü olub. 8 uşaqlı ailə (hazırki mer ailənin 5-ci uşağı olub - red.) Londonun yaxınlığında yerləşən sosial mənzildə yaşayıb. Xan - insan haqları üzrə ixtisaslaşmış hüquqşünasdır. 2008-ci ildən 2009-cü ilədək o yerli idarəetmə məsələləri üzrə nazir vəzifəsini tutub, 2009-2010-cu illərdə isə nəqliyyat naziri vəzifəsini icra edib. 

2013 və 2015-ci illərdə Xan Böyük Britaniya müsəlmanları arasında "İlin siyasətçisi" adına layiq görülüb. 

Onun proqramının əsas bəndlərini yaşayış tikintisinin inkişafı, sosial sahə, ictimai nəqliyyatda qiymətlərin artırılmaması və Hitrou hava limanın genişləndirilməməsi təşkil edir.

Xanın həyat yoldaşının adı Saadiya Əhməddir və o həmçinin hüquqşünasdır. Cütlüyün iki qızı böyüyür.

 

Sadiq Xan xanımı Saadiyə ilə
Sadiq Xan xanımı Saadiyə ilə
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00