“Apple Watch” sahibləri “Bentley” avtomobillərini uzaqdan idarə edə biləcək VIDEO

"Apple Watch" daşınan cihazında "Bentley" üçün yeni əlavə yaradılıb. İKT.lent.az-ın "digital.rg.ru" saytına istinadən məlumatına görə, bu əlavənin köməyi ilə smart-saat sahibləri bu markadan olan avtomobilləri məsafədən idarə edə biləcəklər. Maşın sahibləri və əlavənin istifadəçiləri saatın köməyi ilə xəritədə öz maşınını tapa biləcək, onun qapılarını açıb bağlaya, uzaqdan onun mühərrikini işə sala və ya saxlaya biləcəklər. Həmçinin onlar maşın barəsində müəyyən məlumatları öyrənə biləcəklər. Bura onun qət etdiyi məsafə, yanacaq sərfiyyatı və orta sürəti barədə məlumatlar daxildir. Ən rahatı isə odur ki, öncədən maşının salonunda rahat temperatur yaratmaq, oturacaqların qızdırılması və hətta radioda müəyyən radiostansiyanı qoşmaq imkanı da mövcuddur. Hazırda bu əlavənin işi ancaq bu avtomobilin yeni "Bentayga SUV" modeli ilə qurulub. Onun qiyməti isə 200 min dollar təşkil edir. Ancaq Britaniya şirkətinin nümayəndələri bildirir ki, gələcəkdə "Apple Watch" bu avtomobilin digər modelləri ilə də çalışacaq. Bundan başqa, əlavənin funksiyalarının sayı da artacaq. "Bentley" əlavəsini "App Store"da yükləmək mümkündür. Sonradan "iPhone" və "Apple Watch" arasındakı əlaqəni qurmaq və "Bentley" avtomobilini əldə etmək və ya almaq lazımdır. Bundan sonra işə başlamaq olar.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00