Məscidə donuz başı atdılar

Avstriyanın Steiermark əyalətinin paytaxtı Qrazda tikintisi davam edən minarəli məsciddə iki dənə donuz başı tapılıb. Atv.az bildirir ki, Qraz İslam Mədəniyyət Mərkəzinin sözçüsünün "AA" müxbirinə verdiyi məlumata görə, dünən gecə saatlarında şəxsiyyəti naməlum 3 adam tikintisi davam edən minarəli məscidə kəsilmiş iki dənə donuz başı qoyub aradan çıxıblar. Dərhal polisə xəbər verdiklərini bildirən sözçü 1 şübhəlinin polis tərəfindən yaxalandığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00