''Liderimiz Ərdoğandır, bəyənmirsənsə gedə bilərsən'' - Davudoğlunun istefası ilə bağlı maraqlı iddia

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) idarə heyəti üzvlərinin Davudoğluna "Liderimiz Ərdoğandır, bəyənmirsənsə gedə bilərsən" dediyi iddia olunur.Avropa.info xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanla baş nazir Əhməd Davudoğlunun görüşündən sonra partiyanın növbədənkənar qurultay keçirməsi qərarının qəbul edilməsi məsələsi hələ də geniş müzakirə olunur.Türkiyə mətbuatında yer alan iddialara görə aprel ayının 29-da idarə heyətinin qəbul etdiyi qərarla partiya sədrinin partiyanın rayon təşkilatlarının sədr və sədr müavinlərini təyin etmək səlahiyyəti əlindən alındıqdan sonra Davudoğlu partiya daxilindəki yüksək vəzifəli şəxslərdən dəstək almağa çalışıb.Burada istədiyi dəstəyi ala bilməyən Davudoğluna "Bu partiyanın lideri Ərdoğandır, bəyənmirsənsə, gedə bilərsən" deyildiyi bildirilir.Əldə olunan məlumata görə, AKP-nin rayon sədrləri və müavinlərini seçmək səlahiyyəti idarə heyətinin qərarı ilə partiya sədrindən alınıb yenidən idarə heyətinə verildikdən sonra Davudoğlu idarə heyətini toplayaraq heyət üzvlərindən dəstək almaq istəyib.  İclas zamanı çıxış edən Davudoğlu bildirib: "Mən bu partiyanın sədriyəm. Amma məndən xəbərsiz mənə qarşı belə bir addım atılır. Bu doğru bir idarəetmə sistemi, yoldaşlığa uyğun bir addım deyil".Bu hadisədən sonra isə Davudoğlu partiyanın qurultayını keçirmək və vəzifədən getmək haqda qərar qəbul edib və Ərdoğanla görüşüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00