Hind bayramında faciə: 7 ölü, 70 yaralı

Hindistanad qeyd olunan ənənəvi Kumbha-Mela bayramında yaranmış basabasda 7 nəfər həlak olub, 70 nəfər yaralanıb. CatchNews  bildirir ki, olay Uddcayn ştatında yaşanıb. Basabasın səbəbi bayram iştirakçılarının yığışdıqları çadırın çökməsi olub.Kumbha-Mela bayramı Hindistanda 12 ildən bir keçirilir, bir ay davam edir. Bayrama təqribən 70 milyon insan qatılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00