Davudoğlunun istefası lirəni çökdürür
5 May 2016 11:55 DünyaTürkiyənin baş naziri Əhməd Davudoğlunun istefa verəcəyi ilə bağlı yayılan xəbərlərin fonunda türk lirəsi ABŞ dollarına nisbətən kəskin ucuzlaşıb. Azvision.az bildirir ki, türk lirəsi dollarla müqayisədə 7,2 faiz dəyərdən düşərək - 2,98 TL/USD olub. Ötən gün isə bir dollar 2,78 TL olub. Qeyri-rəsmi məlumatlara görə, baş naziriin istefa verəcəyi halda, dolların məzənnəsinin 3,00 liranı ötəcəyi ehtimal edilir. Bundan başqa Davudoğlunun postdan getməsi Türkiyədə siyasi gərginlik yarada bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00