Prezident bütün türkmənlərə istirahət verdi

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov mayın 5-nin qeyri-iş günü elan edilməsilə bağlı sərəncam imzalayıb. Axar.az bildirir ki, bütün dövlət və özəl müəssisə və təşkilatlara verilən təlimatı yerinə yetirmək tapşırılıb. Sərəncam bədən tərbiyəsi və idmanın təbliği prinsiplərinin fəal həyata keçirilməsi məqsədilə imzalanıb. Aprelin 5-dən mayın 5-nə kimi ölkədə "Sağlamlıq və xoşbəxtlik" bədən tərbiyəsi-idman və mədəni-sağlam həyat tərzi aksiyası və "Türkmənistan - sağlamlıq və yüksək ruh" spartakiadası adlı kütləvi tədbirlər keçirilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00