Özbəkistanda sürüşmə baş verib, ölənlər var

Dünən saat 14.00 radələrində Özbəkistanın Namangan vilayətində sürüşmə baş verib.

Özbəkistan Fövqəladə Hallar Nazirliyinə (FHN)  verdiyi məlumata görə, hadisə nəticəsində ölən və xəsarət alanlar var.

Hadisə nəticəsində А-373 М-39 magistral yolunda iki maşın sürüşmə kütləsinin altında qalıblar. Xəsarət alanlara lazımi tibbi yardım göstərilir.

Hadisə yerində müvafiq qurumlar torpaq sürüşməsinin nəticələrinin aradan qaldırılması üzrə işləyirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00