Britaniyada “iPhone” istifadəçiləri kiberhücuma məruz qalıb

İKT.lent.az-ın "The Telefraph" nəşrinə istinadən məlumatına görə, kiber cinayətkarlar saxta adlar altında "iPhone" istifadəçilərinə təkrarən özləri barədə məlumatları daxil edərək onları təsdiqləmələri barədə ehtiyac olduğunu məlumat veriblər. Tələbdə deyilib ki, istifadəçilər məlumatları təsdiqləmək üçün daxili keçiddən istifadə edərək orada yenidən qeydiyyat keçməli olub.

Hakerlər tərəfindən düzəlmiş bu hücumun tələsinə artıq bir çox "iCloud" istifadəçiləri düşüblər. Onların arasında tanınmış britaniyalı komik Cek Diz, hətta kriket üzrə millinin sabiq oyunçusu, hazırda İBM şirkətinin rəhbəri Endryu Qril də var.

"Apple" şirkəti isə rəsmən təsdiqləyib ki, heç vaxt hər hansı formada öz istifadəçilərinə məlumatları və istifadəçi loginlərini təsdiqləmək barədə müraciət göndərməyib. Şirkət  onları ehtiyatlı olmağa çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00