"Onları ABŞ-a qalib gəlmək üçün yetişdirmişik"
4 May 2016 16:36 Dünyaİranın hərbi təlimlər keçirməsinə hansısa gücün məhdudiyyət tətbiq etməsini qəbul etməyəcəyik. Axar.az bildirir ki, bunu İran mətbuatına açıqlamasında general Hüseyn Səlami söyləyib. Onun sözlərinə görə, Amerika keçmişdəki xətalarını təkrarlamamalı, Tehrana qarşı lazımsız təzyiqlərdən uzaq durmalıdır: "Amerikalılar bizim dəniz qüvvələrimizin təhlükəli qüvvə olduğuna inanırlar. Əlbəttə, bu, bir həqiqətdir. Mənə görə amerikalılar ilk dəfə qüvvələrimizin gücünü doğru anlayıblar. Rəsmən elan edirəm ki, biz Amerika üçün təhlükəyik. Biz öz dəniz qüvvələrimizi Amerika kimi ordulara qalib gəlməsi üçün inkişaf etdirmişik. Bizim bölgədə Vaşinqtondan başqa düşmənimiz yoxdur. Amerika və bölgədəki ortaqlarına xəbərdarlıq edirik ki, əgər bundan sonra da bizi təhdid etməyə davam etsələr, o zaman 1982-ci ildə imzalanan razılaşmadan istifadə edərək, təhdid ünsürü olan hər bir gəminin Hörmüz boğazından keçməsinə izn verməyəcəyik".