Ölümə meydan oxudu VIDEO

Yaralı köpək balığını xilas etdi

Tilovla yaralanan köpək balığını xilas etmək üçün yırtıcının üzdüyü  dənizə tullandı. Avstraliyada bir dalğıc öz cəsarətilə   həmvətənlərini heyrələndirib. Balıqçılardan birinin dənizə atdığı tilovun köpək balığının ağzında ilişib-qaldığını görən Nik Hayniger adlı  şəxs yırtıcını xilas etmək qərarına gəlib. Qarmaqdan yapışaraq köpək balığının arxasınca üzən dalğıc həyatını təhlükəyə atıb. Ölümə meydan oxuyan  Nik, sanki onun aqressivləşərək hücuma keçməyəcəyindən əmindir. Xoşbəxtlikdən köpək balığı onu izləyən dalğıca hücum etməyib. Bir müddət yırtıcının arxasınca üzən dalğıc sonda istədiyinə nail olub. Dəmir qarmağı köpək balığının çənəsində çıxaran Nik, yaralı  yırtıcını ölümü gözə almaq bahasına xilas edib. Onun bu hünəri sosial şəkələrdə müzakirə mövzusuna çevrilib. Görüntüləri izləyənlərin böyük əksəriyyəti Nikin  cəsarətin alqışlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00