Rusiya yeni kosmodromdan buraxdığı süni peyki itirdi
4 May 2016 16:20 DünyaRusiyanın yenicə istifadəyə verdiyi "Vostoçnıy" kosmodromundan kosmosa qaldırılmış SamSat-218 süni peyki ilə əlaqə qurula bilmir. Virtualaz.org TASS agentliyinə istinadən bildirir ki. bu barədə adının açıqlanmasını istəməyən mənbə xəbər verib. "Buraxıldığı andan kosmik aparatla əlaqə qurula bilmir, çox güman ki, orbitə çıxarıldıqdan sonra o işə düşməyib", - TASS agentliyinin həmsöhbəti belə deyib.
Bu gün Samarada peykin qurulmasında iştirak etmiş mütəxəssislərin toplantısı keçiriləcək və peykin gələcək taleyi həll olunacaq - əlaqə yaradılmasına cəhdlər yenilənəcək, yaxud da peyk itirilmiş hesab ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00