Türk general: Ermənistanın guya nüvə silahının olması barədə söhbətlər boş təhdiddir

Ermənistanın guya nüvə silahı yaratmaq üçün imkanları olması barədə söhbətlər boş təhdidlərdən başqa bir şey deyil. Bunu Türkiyə ordusunun istefada olan general-leytenantı Ermağan Kuloğlu deyib. Onun sözlərinə görə, Ermənistanın nüvə silahı yaratmaq üçün heç bir texnologiyası və şəraiti yoxdur: "Ermənistanın nüvə silahına malik olduğunu bəyan edən Yerevan Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində son döyüşlərdə biabır olduğunu gizlətməyə çalışır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00