İŞİD türk əsgərini qaçırıb
4 May 2016 15:43 DünyaİŞİD terror qruplaşması Türkiyənin Kilis vilayətinin polis bölməsində xidməti vəzifəsini yerinə yetirən türk əsgərini qaçırıb. Türkiyə mediası xəbər verir ki, bu haqda İŞİD özünün dərc etdiyi jurnalda bildirib. Terror qruplaşması jurnalın altıncı və sonuncu nömrəsində S. T. adlı türk əsgərinin əllərində olduğunu və növbəti nömrəsində ondan alınan müsahibəni verərək aqibətini açıqlayacağını iddia edib. Türk əsgərinin nə vaxt qaçırıldığı bildirilmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00