Saxta "Whatsapp" - Istifadəçilərin şəxsi məlumatlarini əldə edə bilir VIDEO
4 May 2016 19:29 DünyaAndroid, iOS, Windows Phone internet platformalrı üzərindən istifadə olunan "Whats App" pulsuz mesajlaşma proqramı təhlükə saça bilər. Söhbət ani mesajlaşma proqramına bənzər "Whats App Plus" proqramının internet şəbəkəsinə ayaq açmasından gedir. Müxtəlif saytlardan smartfon istifadəçilərinə təqdim olunan bu proqram eyni ilə "Whats App" kimi çalışır. Ağıllı telefon istifadəçilərinə "Whats App" proqramından daha çox xidmətlər təklif edən "Whats App Plus" proqramı "Google play store"da rəsmən təstiq edilmədiyindən yalnız fırıldaqçı saytlarda təqdim olunur. Proqramçı "Whats App" istifadəçilərinə fırıldaqçıların hiyləsinə uymamağı tövsiyyə edir. Çünki qeyri-rəsmi "Whats App Plus" proqramı istifadəçilərin şəxsi hesablarındakı gizli məlumatları oğurlayaraq digər istifadəçilərə ötürə bilər. Odur ki, sözügedən proqram yalnız rəsmi whatsapp.com saytından və "Google play store"dan yüklənməlidir. Proqramçının sözlərinə görə, Whats App Plus saxta proqramı fərdi şəxslər tərəfindən yaradılıb və istifadəçilərin şəxsi məlumatlarına və mesajlaşmasına dair bütün informasiyanı əldə edə bilir. Məsələn, bu proqramın köməkliyi ilə fırıldaqçılar xüsusi viruslar vasitəsi ilə, istifadəçinin bank nümayəndəsi arasında hər hansı bir interner alış-verişi zamanı pul köçürmələri ilə bağlı məlumatları oğurlaya bilər. Nəticədə məlumatların kimlər tərəfindən mənimsənilməsi istifadəçiyə qaranlıq olaraq qalır, çünki saxta proqramın yaradıcıları heç bir rəsmi qeydiyyatdan keçməyib. Lakin bu cür qondarma proqramların ömrü üzun olmur. Bəzi hallarda yükləndikdən 1 həftə 10 gün sonra proqram səbəbsiz yerə bağlanır və ya silinir. Buna səbəb sözügedən proqramın sadəcə rəsmi "Whats App"a uyğunlaşdırılması və tam olaraq təkmilləşməməsidir. Qeyd edək ki, "Whats App" 2014-cü ildə facebook tərəfindən 16 milyard dollara satın alınıb. 2016-cı ilin fevral ayında proqramın yaradıcıları öz şəxsi hesablarında "WhatsApp" istifadəçilərinin sayının 1 milyardı keçdiyini bildirmişdi. ATV.az
Əlavə məlumat üçün bu linkdən yararlana bilərsiniz https://www.facebook.com/ITeamBaki/?__mref=message_bubble