Keçmiş sevgililər Sinem və Kənanın toyunda qarşılaşacaq
4 May 2016 19:19 DünyaAktrisa Sinem Kobal və aktyor Kənan İmirzalıoğlunun toyunda keçmiş sevgililər üz-üzə gələ bilər. Türkiyə mətbuatının məlumatına görə, aktyor Engin Altan Düzyatan və aktrisa Özgü Özpirinçci də mərasimə qatılacaq. 14 mayda baş tutaq "İlin toyu"nda Engin həyat yoldaşı Neslişah Alkoçlarla, Özge isə sevgilisi Burak Yamantürklə iştirak edəcək. Bir zamanlar sevgili olan E.A.Düzyatan və Ö.Özpirinçci bu vəziyyətdən xəbərdardırlar. Onlar toy sahiblərinə qarşılaşmaqdan narahat olmayacaqlarını bildiriblər. Həmin günün səbəbkarlarından olan S.Kobal isə masaları elə tərtib edəcək ki, ikili bir-birini görə bilməsin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00