Rusiya NATO-nun ölkə sərhədlərində möhkəmlənməsinə qarşı 3 yeni diviziya yaradır

Rusiyanın müdafiə naziri Sergey Şoyqu NATO-nun Rusiya sərhədlərində möhkəmlənməsinə qarşı bu ilin sonuna qədər 3 yeni diviziyanın yaradılacağını bəyan edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, yeni diviziyalardan 2-si Qərb, 1-i Cənub hərbi dairəsində yaradılacaq. "Müdafiə Nazirliyi tərəfindən NATO-nun Rusiya sərhədlərində möhkəmlənməsinə qarşı bir sıra tədbirlər görülür. Bu ilin sonuna kimi Qərb və Cənub hərbi dairələrində 3 yeni diviziya formalaşdırılacaq. Hazırda dislokasiya yerlərinin yaradılması prosesi gedir", - deyə nazir qeyd edib.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00