Jurnalistlərə silahlı hücum

Bir nəfər yaralandı

Ukraynanın Odessa şəhərində naməlum şəxslər "kanal 7"-nin əməkdaşlarına hücum ediblər. Atv.az bildirir ki, gənclər telekanalın qarşısına gələrək, orada bir qədər gözlədikdən sonra onlara hücum ediblər. Telekanalın işçiləriylə sözügedən şəxslər arasında əvvəlcə əlbəyaxa dava baş verib. Vəziyyətin gərginləşdiyini görən gənclərdən biri silaha əl atıb və ətrafa atəş açıb. Güllələrdən biri münaqişədə iştirak edən jurnalistlərdən birinə dəyib. O yüngül xəsarət alaraq xəsətəxanaya çatdırılıb.

Həkimlərin sözlərinə görə, jurnalistin səhhətində heç bir ciddi problem yoxdur. Hadisədən dərhal sonra əraziyə gələn polis əməkdaşları, hadisəni törətmiş şəxsləri qısa müddətdə müəyyənləşdirərək onları həbs edib. İnsidentdə iştirak etmiş gənclərin hamısı ələ keçib. Hazırda onların dindirilməsi həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00