Ər-arvadın cinayəti ölkəni sarsıtdı

Almaniyada bir ailənin evində baş verənlər bütün ölkəni dəhşətə gətirib. Baş vermiş hadisələri araşdıran polis əməkdaşları belə, qarşılaşdıqları faktlar qarşısında heyrətlərini gizlədə bilməyiblər. Atv.az-a istinadən bildirir ki, sözügedən ailə internet vasitəsilə elan verərək, evə təmizlik işçisinin lazım olduğunu bildirib. Bundan sonra evə gələn xanım işçilər ər və arvad tərəfindən girov götürülüb və müxtəlif işgəncələrə məruz qalıblar. Cütlük hətta girov götürdükləri qadınları döydükdən sonra çılpaq vəziyyətdə, həm də soyuq otaqlarda yatmağa məcbur ediblər. Polis araşdırmasından sonra məlum olub ki, sözügedən cütlük qadınlardan ikisini qətlə yetirərək, onları hissələrə ayırıb və yandırıb. Axtarışlar nəticəsində qətlə yetirilənlərin cəsədlərinin qalıqları tapılıb. Hazırda evin həyətində qazıntı işləri aparan təhlükəsizlik əməkdaşları ərazidə başqa cəsədlərin də ola biləcəyi ehtimallarını araşdırır. Ailənin niyə belə vəhşiliklərə əl atdığı hələ ki məlum deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00