Bəyi sevdiyindən öldürdü

Hindistanda toy bir anda yasa dönüb. Atv.az bildirir ki, şənlik zamanı bəyin yaxın dostlarının ağılsız davranışı hər kəsi dəhşətə gətirib. Onların israrla bəyin yanında havaya atəş açmaq istəyi sonda ölümlə nəticələnib. Yaxın dostunun tapancadan açdığı atəş bəyin başına dəyib. Başından güllə yarası alan gənc toya gəlmiş insanların köməyi ilə təcili xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hindistan polisi baş vermiş hadisəyə görə cinayət işi açıb və araşdırmalara başlayıb. Ehtiyatsızlıqdan adam öldürdüyü üçün bəyin dostu həbs olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00